Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:03

Leyla Yunus: «Əliyevə minnətdaram»


Leyla və Arif Yunuslar- 11 mart 2016
Leyla və Arif Yunuslar- 11 mart 2016

-

Hüquq müdafiəçiləri Leyla və Arif Yunusların apellyasiya şikayəti təmin olunmadı. Onlar ölkədən çıxışlarına qadağa ilə bağlı Yasamal rayon Məhkəməsinin qərarından şikayət vermişdilər. Martın 11-də Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Leyla Yunus məhkəmədə deyib: «Bizi həbsdən buraxdığına görə prezident İlham Əliyevə minnətdaram. Biz ölməmişik, ancaq müalicə də olunmamışıq. Hər an ölə bilərik».

Məhkəmənin qərarından kassasiya şikayəti veriləcək.

Hüquq müdafiəçilərinin üzərində şərti cəza olduğu əsas gətirilərək, ölkəni tərk etmələrinə yasaq qoyulub. Yunuslar təcili müayinə və müalicəyə ehtiyacları olduğunu bildirərək, xaricə getmələrinə icazə verilməsini istəyirlər.

Leyla və Arif Yunuslar 2014-cü ilin iyulunda həbs olunublar. Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurdular.

2015-ci il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilmişdi. Sonradan Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, onlara verilən cəza şərti hesab olundu və Yunuslar həbsdən buraxıldı.

XS
SM
MD
LG