Yuxarı

Təsirlənəcəksinizsə, otağı tərk edin – Şok intihar qeydləri

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

1987-ci ildə Pensilvaniyada R. Budd Dvyer adlı maliyyə işlərində çalışan səlahiyyətli şəxs rüşvət almaqda ittiham edilmişdi. 55 il həbsxana məhkumluğu ilə 300 min dollar pul cəriməsi arasında qalan Dvyer mətbuat konfransı təşkil edərək vəzifəsindən istefa verdiyini açıqladı. Televizayaların canlı yayımladığı mətbuat konfransında Dvyerin etdiyi çıxış, əslində bir intihar anonsu idi: "Saatlarla düşündükdən sonra kiməsə nümunə olmayacağını dilədiyim bir qərar verdim", – deyən Dvyer, sözünü tamamladıqdan sonra tapançasını çıxarıb ağzına yaxınlaşdırdı: "Bu mənzərədən təsirlənəcəksinizsə, otağı tərk edin",- deyib silahının tətiyini çəkdi.

Futbol liqası bitdi

2005-ci ildə Koloradoda yazılan və "Rollinq Stoun" jurnalında nəşr olunan köşə yazısının müəllifi jurnalist Hunter S.Tompson bir məqaləsində öz intiharı barədə qeydləri qələmə almışdı. Tompson keçirdiyi ağır xəstəlik və qəbul etdiyi dərmanlar üzündən 50 yaşında həyatına son verdi.
Jurnalist son yazısında: "Artıq oyun, əyləncə, bomba, qəlb üzmək kimi şeylər yoxdur. 50 yaşındayam, ehtiyacım olandan və istədiyimdən 17 il daha çox yaşamışam. Çox darıxdırıcıdır, rahat olun, ağrıtmayacaq" kimi fikirlərini qeyd etmişdi.

Bilirsən ki, son gecə bir komediya idi

1930-cu illərin seks ulduzlarından sayılan 21 yaşındakı Jan Harlov studiya idarəçisi və özündən iki qat yaşlı Pol Bernlə evlənəcəyini açıqladıqda pərəstişkarlarını şoka salmışdı. Əslində, bu qərar bir faciənin başlanğıcı idi. Bu evlilik 1932-ci il 5 sentyabr tarixində, Pol Bernin yoldaşına aid hamam otağında özünü öldürməsilə sona çatdı. Hamam otağında Bernin arvadının ətrini qoxuyan cənazəsi, silah və məktub tapıldı. İntihar məktubunda bu sözlər yazılmışdı: "Bilirsən ki, son gecə bir komediya idi".
İntihar hadisəsindən sonra Bern və xanımı Harlovun intim münasibətlərinin normal olmadığı yönündə iddialar araya çıxdı.

Çəkdiyim diş ağrısını saymasaq, ölümümə heç bir səbəb yoxdur

1937-ci ildə açılan San Fransiskodakı "Qolden Geyt" körpüsünün üstündən bu günə qədər 1300 insan özünü ataraq intihar edib. İntiharların ən təəccüblüsü isə 1954-cü ildə reallaşıb. 49 yaşındakı Con Tomas Doylenin, körpüdən özünü atıb intihar etməsindən sonra tapılan məktubunda bu cümlə yazılmışdı: "Çəkdiyim diş ağrısını saymasaq, ölümümə heç bir səbəb yoxdur".

Ortalıqdakı qan üçün üzr istəyirəm

"Blək Metal" qrupunun solisti norveçli Per Ohlin biləkləri, boğazı kəsilmiş və özünü silahla vurmuş vəziyyətdə tapılıb. Saxladığı intihar məktubunda qeyd olunan ifadələrdə ölümdən əvvəlki son anlarında həqiqətən ölmək istədiyini bildirən Ohlin mətnə bu sözləri əlavə edib: "Əvvəlcə biləklərimi və boğazımı kəsdim, daha sonra öldüyümdən əmin olmaq üçün özümü silahla vurdum. Ortalıqdakı qan üçün üzr istəyirəm".

Stan Polli duyğusuzun biridir

Pop musiqi ikonası Pete Xam, Stan Polli ilə bütün həyatını bərbad edəcək bir menecerlik müqaviləsini imzaladıqdan sonra intihar edərək həyatına son qoyub. Xam sona qeydində "Ana səni sevirəm. Bleyr səni sevirəm. Düşünürəm ki, Stan Polli duyğusuz biridir",- yazaraq özünü asıb.

Həyatın rəngləri arasında birini də görəcəksiniz – İntihara təşəbbüs

1974-cü ildə məşhur TV şou ulduzu Kristina Çubbuk canlı yayımlanan proqramda 38 kalibrlik silahını çıxarıb əlində tutaraq həyatın rəngləri haqqında danışmağa başlayıb. Sözünü bitirdikdən sonra odlu silahdan atəş açaraq intihar edib.

Kiçik Qrey günahsız olduğumu sübut edə bilərdi

Çində yaşayan bir adam evdə saxladığı göyərçinin ayağına intihar məktubu bağlayıb. Məktubda, "səni incidəcək heç bir şey etməmişəm, 5 ildir bir yerdəyik. Hələ sən mənim necə bir insan olduğumu bilməmisənmi? Kiçik Qreyin göyərçin olması nə qədər acınacaqlıdır. Halbuki o sənə mənim məsumluğumu sübut edə bilərdi. İndi isə bunu ölümlə sübut etməkdən başqa çıxış yolum yoxdur",- yazılmışdı.
Hadisədən sonra müəllifin nə ölüsü, nə dirisi tapılıb.


İşim bitib, gözləmək nəyə lazımdır?

Dünyanın ən böyük şirkətlərindən biri olan "Eastman Kodak"ın qurucusu Corc Eastman həyatının son illərini bir-birinin ardınca gələn xəstəliklərlə keçirirdi. Bu ərəfələrdə anasının əlil arabası olmadan yeriyə bilməyəcəyini bilən Eastman gördükləri ilə barışmaq istəmədiyindən ürəyinə vurduğu gülləylə həyatına son verdi. Məşhur iş adamının intiharla bağlı yazdığı qeyddə bu sözlər vardı: "Yoldaşlarıma… İşim bitib, gözləmək nəyə lazımdır?"

Tarix
2013.11.17 / 23:04
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla