27 C
Baku
Sunday, April 28, 2024

Yeni nazirin təyinatından sonra aparat rəhbərlərinin maaşları artırıldı – SİYAHI

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Aparatı üzrə vəzifə maaşları barədə məlumat verilib. Məlumata görə, məbləğ dövlət qulluğu üzrə staja görə əlavələr, dövlət qulluçusunun səlahiyyət əlavələri, ixtisas dərəcəsinə görə əlavələr və s. daxil deyil.

Banker.az-ın əldə etdiyi məlumata görə, əsas vəzifə olan aparat rəhbərlərinin maaşları 100 manat artılalaraq 1 110 manat və aparat rəhbərinin müavinn maaşları 95 manat artırlaraq  1 035 manat olub. Bundan əlavə, yeni nazir Sahil Babayevin vəzifəsinə keçdikdən sonra nazirlərin müşavirləri vəzifəsini yaradıb və maaşları 805 manat təyin edilib. Qeyd edək ki müşavirlərlə eyni olaraq köməkçilərin maaşı da 805 manatdır. Lakin, öncələr bu rəqəm 730 manat idi.

Hazırda nazirlikdə ən aşağı maaşı yardımçı 3-cü təsnifat olan mütəxəssislərin maaşdır. Belə ki, bundan əvvəl 200 manat alan mütəxəssislər bundan sonra nazirlikdə 220 manat maaş alacaqlar.

Qeyd edək ki, hər bir işçinin maaşı 10% artırılıb.

Vəzifələrin adı Vəzifələrin təsnifatı Vəzifə maaşı 

(manatla) 

Aparat rəhbəri İnzibati vəzifələrin 3-cü təsnifatı 1110
Aparat rəhbərinin müavini İnzibati vəzifələrin 3-cü təsnifatı 1035
Nazirin müşaviri İnzibati vəzifələrin 4-cü təsnifatı 805
Nazirin köməkçisi İnzibati vəzifələrin 4-cü təsnifatı 805
Təminedici şöbənin müdiri İnzibati vəzifələrin 4-cü təsnifatı 980
Təminedici şöbənin müdir müavini İnzibati vəzifələrin 4-cü təsnifatı 845
Yardımçı şöbənin müdiri İnzibati vəzifələrin 4-cü təsnifatı 860
Yardımçı şöbənin müdir müavini İnzibati vəzifələrin 4-cü təsnifatı 805
Sektor müdir İnzibati vəzifələrin 5-ci təsnifatı 680
Baş məsləhətçi İnzibati vəzifələrin 5-ci təsnifatı 595
Böyük məsləhətçi İnzibati vəzifələrin 5-ci təsnifatı 585
Aparıcı məsləhətçi İnzibati vəzifələrin 5-ci təsnifatı 570
Məsləhətçi İnzibati vəzifələrin 5-ci təsnifatı 560
Baş mütəxəssis Yardımçı 3-cü təsnifatı 240
Böyük mütəxəssis Yardımçı 3-cü təsnifatı 230
Aparıcı mütəxəssis Yardımçı 3-cü təsnifatı 225
Mütəxəssis Yardımçı 3-cü təsnifatı 220

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər