Xanım sürücülər üçün ən yaxşı avtomobil markaları

01/08/2020

Əgər biz 15-20 il əvvəl küçədə bir xanımın avtomobil idarəetməsinə şahid olsaydıq bir az da olsa təəccüb ilə bunu qarşılayardıq.

 

Ancaq hazırda qadın sürücülərin avtomobil idarəetməsi bizləri yenə təəccübləndirməkdə davam edir. Belə ki, qadın sürücülər bəzi araşdırma mərkəzləri yaxud da bəzi avtobloqerlər tərəfindən bəylərdən daha yaxşı avtomboili idarə etdiklərini düşünürlər.

 

Heç şübhəsiz qadın sürücülər xüsusi sürücülük dəsti xətləri ilə seçilirlər. Yaxşı, bəs xanımlar üçün ən yaxşı avtombil markaları hansılardır?

 

Siz avtosatis.az-ın xüsusi araşdırması olan AvtoBloqu oxuyursunuz.

 

Ənənəmizə sadiq qalaraq 7 avtomobil haqqında sizə məlumat verəcəyik. Qadınlar üçün istifadəsi rahat, qiyməti münasib və xanımların özlərini özəl hiss etdirəcək markaları sizə təqdim edirik.

 
  1. Nissan Juke

Bəlkə də bu modelin adını görüb, özünü gördükdə adamda bir qıcıq hissi yarada bilər. Ancaq hazırda dünyada xanımlar tərəfindən ən çox istifadə edilən maşınlardan biridir. Bunu görən Nissan hər il bu modeli yeniləyir və davamlı olaraq qadınlara xas olan detalları avtomobilə əlavə edir.

 
  1. Kia Soul

Bu model haqqında biz əvvəlki yazılarımızda da danışmışıq. Avtomobil ucuz qiymətə istifadə edə biləcəyimiz ən yaxşı maşınlardan biridir. Eyni zamanda bu model qadın sürücülərimiz üçün ən yaxşı seçimlərdən biridir. Xanımların diqqətinə çatdırmaqistədiyimiz daha bir detal isə odur ki, avtomobil yanacağa xeyli qənaət edir, beləliklə siz pulunuza qənaət etmək şansını da qazanırsınız.

 
  1. Toyota Camry

Klassik ailə avtomobili nəinki xanımların, hətta bəylərin də bəzən vazkeçilməz seçimi ola bilir. Bu modeli özəl edən detallar az deyildir. Bunlardan biri təklif etdiyi əlçatan qiymət və yanacaq sərfiyyatının qənaətcil olmasıdır. Avtomobil həmçinin təhlükəsizlik standartları nöqteyi nəzərindən də standartların üzərindədir. Sürəti sevən xanımlar üçün qeyd edək ki, avtomobilqısa zamanda sürətlənəcək bir motora sahibdir. Qənaət sevərlər üçün isə son illərdə isethsal olunmuş modellərin hibrid versiyası da mövcuddur.

 

  1. Mini Cooper

Siyahıdakı avtomobillərə heç bənzəməz. Ancaq qiymət nöqteyi nəzərdən bənzərliyi az deyil. 20 000 manat ətrafında olan pul ilə siz yaxşı bir Mini Cooper ala bilərsiniz. İnteryerinin genişliyi ilə xanımların sevimli markası olmağa iddialıdır. Xarici görünüşdən sport markalara özünü bənzədən bu maşının sürətlənməsi də pis deyil. Xüsusən şəhər daxilində idarə etmək üçün xanımlar üçün yaxşı seçimdir.

 

 
  1. Ford Mustang

Siyahımızda lüks kateqoriyaya aid bir maşın əlavə etmək istədik. Düşündük ki, bu model məhz Ford Mustang olmalıdır. Sport avtomobil sevən xanımlar maşın alarkən bu modeli də yoxlayırlar. Belə ki, eleqant interyeri ilə xanımlar bu avtomobilin daxilində özlərini çox rahat, xüsusi və özəl hiss edəcəklər. 


Test yürüşlərindən üzü ağ çıxmış bu avtomobili Azərbaycanda 50 000 manat ətrafında əldə etmək mümkündür.

 
  1. Honda Jazz

Honda Jazz bir o qədər də məşhur olmayan modeldir. Amma bu onun özəlliklərinə kölgə sala bilməz. Belə ki, yığcam görünüşə malik bu hatchback qadın sürücüləri özünə cəlb edə bilib. Əyləncə və aqressiv idarəetməni sevən xanım sürücülər üçün bu model ən yaxşı seçimlərdən biridir. Onu da qeyd edək ki, bu model də yanacaq sərfiyatı ilə seçilir. 2 versiyası mövcuddur: 1.3 L və 1.5 L.

 

 
  1. Honda CRV

Honda haqqında çox danışılmayan qəhrəmanlar kimidir. Markanın CRV modeli bir neçə kateqoriyada ən yaxşı avtomobillərdən biridir.Sürət, rahatlıq, bir az da lüks sevən xanımlar elə də baha olmayan qiymətlər ilə bu modelə sahib ola biləcəklər.

 

Şəhər və şəhər ətrafı ərazilərdə yaşayan xanımlar yolda əyləncə axtarırsa rahatlıqla bu maşını istifadə edə bilərlər. Bir sözlə bu maşın sizi yolda qoymaz və ağıllı idarəetməyə malik bu maşın sizə maşını idarəetməkdə də yardımçı olacaq.

 

Siz avtosatis.az-ın xüsusi araşdırması olan AvtoBloqu oxudunuz.

 

Avtomobil seçim edərkən hər hansı bir şübhəniz, suallarınız olarsa avtosatis.az-ın Instagram səhifəsinə mesaj yazaraq ödənişsiz sorğu yerləşdirə bilərsiniz. Bütün qaranlıq suallarınıza cavab tapa biləcəksiniz. Instagram səhifəmiz: https://www.instagram.com/avtosatis/

 

Avtomobil almaq, satmaq yaxud barter etmək istəsəniz avtosatis.az saytına daxil olaraq bu əməliyyatları ödənişsiz şəkildə edə bilərsiniz. Qeyd edək ki, elanlarınız 40 gün ərzində ödənişsiz saytımız və sosial media hesablarımızda yayımlanır.

 

 

Eyni zamanda sizin seçiminizə yardımçı olacaq bu məqaləni də oxuya bilərsiniz. Dəyəri o qədər də çox bilinməyən ən yaxşı avtomobil modelləri haqqında olan yazımız da sizin qərarvermənizə yardımçı olacaq. https://bit.ly/bloq1

 

10 000 manat pulunuz varsa sizə avtomobil almaqda yardımçı olacaq bu bloq yazısını da oxuya bilərsiniz. https://bit.ly/bloq2


Avtomobilinizdən və özünüzdən muğayat olun!
 

Avtomobili müqayisə edin

    Müqayisə üçün 2 və ya daha çox avtomobil seçin
    Daxil ol
    İstifadəçi adı
    Şifrə
    Şifrəni unutmusunuz? Remind