Bakıda Fransanın viza mərkəzi açılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Fransanın viza mərkəzi açılıb - FOTO

20:19 - 30 / 03 / 2018
Bakıda Fransanın viza mərkəzi açılıb - FOTO

Bu gün Bakıda Fransanın “Capago” yeni Viza Mərkəzinin açılışı olub.

1news.az xəbər verir ki, mərkəz Globus Plazada yerləşir.

Yeni viza mərkəzi viza üçün müraciət edən azərbaycanlıların ərizələrinin toplanması və işlənməsi missiyasına sahibdir. Bu əsas missiyadan başqa, Capago Fransanı təbliğ etmək və səyahət edənlər və Şengen ərazisi arasında mütəmadi əlaqələrin yaradılması üçün də işlər görür.

Mərasimdə çıxış edən Fransa səfirliyinin konsulu Antuan Simene bildirib ki, Capago öz qapılarını ötən ilin noyabrında açıb. Həmin tarixdən bəri mərkəz 3 minə yaxın viza müraciətinə baxıb. Onun sözlərinə görə, sonuncu sorğu istifadəçilərinin 80 faizi onlara göstərilən xidmətdən çox razıdırlar.

2017-ci ildə Fransa, həmçinin Belçika, İspaniya, Lüksemburq, Hollandiya və Portuqaliyadan 15 min viza müraciətinə baxılıb. Bu il müraciətlərin artımını gözləyirik. “Capago” ildə 50 min ərizəçini qarşılamağı nəzərdə tutub.

Capago-nun baş icraçı ditektoru Jan Lük Baqroye deyib ki, viza mərkəzi bütün müraciətçilərə ən yaxşı xidmət göstərmək üçün çalışırlar.

Tədbirdə həmçinin, azərbaycanlı və fransız küçə sənətçilərinin Fransa haqqında öz təxəyyüllərini əks etdirən bu tədbir üçün xüsusi hazırlanmış əsərlər sərgilənib.

Pərvanə Sultanova

Paylaş:
688

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər