Request edit access
PORT Education Center

Muhasibatlıq sahəsini 0-dan,tam praktiki olaraq öyrənmək üçün Sizi PORT Education Center”MMC-nin təşkilatçılığı ilə keçirilən 0-dan "Mühasib Təcrübə Proqramı”na dəvət edirik.Qeyd edək ki, təlimdə keçirilən mövzularla siz muhasibat sahəsini nəzəri və praktiki olaraq daha dərindən öyrənəcəksiniz.

Audit, tikinti şirkəti, qida sektoru, turizm, bank, təhsil və digər kateqoriyalara aid olan şirkətlərin ƏDV, Sadələşdirilmiş Vergi hesabatlarının verilməsi, İşçi əmək haqqlarının hesablanması, BTB proqramı, DSMF, Gəlir və Mənfəət Vergisi eyni zamanda muhasibatlığa aid digər mövzular praktiki olaraq keçirilir.

Bu proqramda iştirak edərək sonda hər hansı təcrübə proqramlarında iştirak etməyə ehtiyac olmayacaq!

Təlimçilərimiz🔻

20 ildən çox muhasibat sahəsində təcrübəsi olan təlimçi, baş mühasib Samirə xanım Kazımova (PMS) öz təcrübəsinə dayanaraq, muhasibatlığın incəliklərini sizə ən sadə yollarla izah edəcək. 

Zaur Hüseynov hal-hazırda “Tax Services” MMC Consulting şirkətində baş mühasib vəzifəsində işləyir. Bir çox şirkətlərin rəsmi mühasibatlıq işlərini aparır. Fəaliyyəti dövründə “The Institute of İnternal Auditors”,”Tax and Accounting Training Center” beynəlxalq təlim kurslarını uğurla bitirmişdir. İFRS diplomu, FR beynəlxalq sertifikat eyni zamanda “Peşəkar Muhasib Sertifikatının”sahibidir. 

Digər təlimçi, baş mühasib Lalə xanım Musayeva muhasibat ixtisasını İstanbul Ankara Universitetində almışdır. 
Muhasibat sahəsində olan təcrübə və biliylərini sizə izah edib, bütün suallarınızı cavablandıracaq. 


☑️Vergi hesabatlarının verilməsi, Bəyannamələrin yığılması, DSMF,Əmək haqqı,Kassa və Bank, Mənfəət Zərər,Balans və digər mövzular tam praktiki olaraq keçirilir.
☑️Mühasib mütəxəssisi olaraq istənilən sahədə sərbəst işləyə biləcəksiniz!
☑️Bəzi dərslərdə istifadə üçün şəxsi nootbok olması tövsiyyə olunur.
☑️Keçirilən materiallar sizə pdf formada göndərilir.


Proqramda keçirilən mövzuları sizə təqdim edirik

  1. Kassa
  2. Bank əməliyyatları;
  3. ƏDV depozit hesabı
  4. Ehtiyatlar ilə bağlı əməliyyatlar
  5. Debitor və Kreditor borclar ilə bağlı əməliyyatlar;
  6. Əmək haqqının, məzuniyyətin hesablanması və müxabirləşmə.
  7. Əsas vəsaitlər;əsas vəsaitlərin alışı, satışı, qəbul edilməsi,
  8. Əsas vəsaitlərin amortizasiyası
  9. Qeyri Maddi aktivlər; Qeyri-maddi aktivlərin alışı,satışı, qəbul edilməsi, amortizasiyası
  10. Təhtəlhesab şəxslərlə hesablaşmalar,ezamiyyə normalarının hesablanması
  11. Sınaq Balansı,
  12. Mənfəət və Zərər haqqında hesabat.
  13. İl sonu dövriyyə,
  14. Balans hesabatı
  15. Mənfəət və Zərər cədvəlinin hazırlanması
  16. AR-nın Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər,AR-nın vergi qanunverici-liyi
  17. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları.
  18. Vergi ödəyicisinin hüquqları,Vergi ödəyicisinin vəzifələri
  19. Rəsmi portallarda praktiki tədris. E taxes, stat.gov.az, E gov az, internet bankçılıq-dan istifadə
  20. Aksizlər, Əmlak vergisi, Torpaq vergisi, Yol vergisi, Mədən vergisi,
  21. Sadələşdirilmiş vergi hesabatlarının hazırlanması
  22. ƏDV anlayışı və mahiyyəti
  23. Alış və satış əməliyyatları
  24. Vergi hesabatları hazırlanması və təqdim edilməsi,
  25. Muzdlu və qeyri muzdlu işlə əlaqədar Vahid Bəyannamə MDSS
  26. Fiziki şəxslərin gəlir vergisi.
  27. Hüquqi şəxslərin mənfəət vergisi.

1C 8.3 proqramında keçirilən mövzular

  1. Təşkilatın ilkin məlumatlarının yaradılması.
  2. İlkin qalıqların doldurulması
  3. Bank əməliyyatları(daxil olan və çıxan ödəniş tapşırıqları, bank çıxarışı, bank əməliyyatları barədə hesabat).
  4. Kassa əməliyyatları(Kassa məxaric və Mədaxil Orderlərinin yazılması)
  5. Avans hesabatlarının bağlanması
  6. Təhtəlhesab şəxslərlə aparılan əməliyyatlar.
  7. Bank çıxarışının yığılması.
  8. ƏDV depozit hesabı
  9. Mal və xidmətlərin alışı əməliyyatları.
  10. Əsas vəsaitlər mədaxil və məxariclərinin , amortizasiya işlənməsi
  11. Əlavə xərclərin qeydiyyata alınması və bölüşdürülməsi.
  12. Anbarın 1C proqramında işlənməsi.
  13. Alqı Satqı əməliyatlarının 1C proqramında işlənməsi.
  14. Mal və xidmətlərin satış əməliyyatları.
  15. Satılmış malların qaytarılması əməliyyatları.
  16. Alıcılarla hesablaşma əməliyyatları.
  17. Üzləşm aktlarının hazırlanması.
  18. Təşkilatın əməkdaşlarının işə qəbul əməliyyatları.
  19. Təşkilatın əməkdaşlarının əmək haqqı kart hesablarının doldurulması.
  20. Əmək haqqının, məzuniyyətin hesablanması və müxabirləşmələrinin hazırlanması.
  21. Tabel cədvəllərinin yaradılması əməliyyatları.
  22. Maliyyə hesabatlarının(M/Z hesabatı, PVH hesabatı, Kapitalda dəyişiklik hesabatı)hazırlanması.
  23. Balans hesabatı
  24. Ehtiyatlar ilə bağlı əməliyyatlar; ehtiyatların uçotu aparılan hesablar, ehtiyatların mədaxil və məxaricinin uçotu, mal-materialların silinməsinin metodları,
  25. Hesabatlar, əl əməliyyatları.

 Təlim müddəti: 3 ay.Əyani qruplar olmaqla keçirilir. 

Qrup sayı 6-8 nəfər.

Təlimin vaxtları:  

6-cı günlər 11:00-14:00 (3 saat 15 dəq fasilə ilə)

1,3 günlər 19:00-21:00

Qrup sayı 6-8 nəfər. (Dərslərin keyfiyyətli keçirilməsi üçün qrup sayına xüsusi diqqət yetiririk)

Proqram ödənişlidir. 

Əyani dərslər 140 azn aylıq.

Online dərslər isə aylıq 120 azn.


Qiymətə daxildir:

Dərs materialları 📑

Coffee break☕️

1C 8.3 Proqramın yüklənilməsi ✔️

Sertifikat✔️

Təlimdən video görüntülər linkə daxil olaraq baxa bilərsiniz.

https://bit.ly/3IrW8Tf

https://bit.ly/3o8npB3

https://bit.ly/3PTMxYx 


 Bizimlə əlaqə

+99455 648 0005

info@portedu.az

Səməd Vurgun 34

AF Mall Heydər Əliyev Sarayın yanı

 

Sign in to Google to save your progress. Learn more
Ad və soyadınız *
Təvəllüdünüz *
Əlaqə nömrəsi *
Alternativ əlaqə nömrəsi *
Muhasibat sahəsində təcrübəniz  *
Təcrübə Proqramında iştirakla bağlı ödənişin təsdiqi *
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy