Rustavinin hədiyyə etdiyi avtobuslardan biri Marneuli-Qızılhacılı istiqamətində hərəkət edəcək
Rustavi meriyası tərəfindən Marneuliyə hədiyyə edilmiş üç avtobusdan biri Marneuli-Qızılhacılı istiqamətində hərəkət edəcək. “Avtoparkın” direktor müavini Murman Mumladze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Rustavinin Marneuliyə hədiyyə etdiyi üç avtobusdan biri artıq təmir olunub və texniki baxış lazımdır.

“Biz düşünürük ki, bu bir avtobus Marneuli-Qızılhacılı istiqamətində işləsin. Hələ texniki baxışdan keçəcək və sonra xəttə buraxılacaq. Qalan iki avtobus hələ təmir prosesindədir. Həmin avtobusların təmirdən sonra hansı istiqamətdə işləyəcəyinə qərar verəcəyik”, – Murman Mumladze bildirdi.

Rustavi meriyası Marneuli yerli özünüidarəsinə istifadə edilmiş avtobusları bir neçə həftə əvvəl hədiyyə edib. Marneuli meriyası evakuator xidməti üçün 1350 lari dəyərində sadələşdirilmiş müqavilə bağlayıb və avtobusları təmir məqsədi ilə xidmət mərkəzinə aparıb.
Print Email
FaceBook Twitter Google