Karyera

Bizimlə İşləyin

PAŞA Kapital komandasına qoşulmaq istəyirsinizsə, CV göndərin ► [email protected]

10

illik təcrübə

PAŞA Holdinq qrup şirkətindən biri

25+

işçi heyəti

Davam edən peşəkar və fərdi inkişaf

Karyera inkişafı üçün imkanlar

İşlə əlaqəli təhsildə sponsorluq

Bonuslar

Aktual vakansiyalar

Portfel idarəçisi şöbəsinin rəhbəri

Portfel idarəçisi şöbəsinin rəhbəri | 2022-11-29 - 2024-01-31

“PAŞA Kapital” yerli və beynəlxalq maliyyə bazarlarına geniş çıxış imkanları yaratmaqla tərəfdaşlarına ən yaxşı müştəri təcrübəsi təqdim edən ölkənin lider investisiya şirkətidir.

 

Vəzifə öhdəlikləri

  • Portfolio idarəçisi komandasının rəhbərliyini aparmaq, buna daxil olmaqla, komanda üzvlərinin seçimi, adaptasiyası, təlim və inkişafı;
  • Makro-iqtisadi amillərə və tendensiyalara, şirkətlərin fundamentallarına və qiymətləndirılmələrinə əsaslanan səhmlər və sabit gəlirli kağızlar üzərinə tədqiqatının aparılması;
  • Faiz dərəcələri və aktivlərin qiymətləri ilə bağlı proqnozlar vermək üçün statistik və fundamental modellərin qurulması;
  • Dövri aktiv qiymət hərəkətlərinin potensial nəticələrini görmək üçün riyazi simulyasiyaların aparılması;
  • Müştərilərin risk profilləri və gəlir gözləntiləri əsasında diversifikasiya olunmuş multi-aktiv portfelin yaradılması;
  • Potensial qazanc və zərərləri müəyyən etmək üçün portfellər üçün ssenari təhlilinin aparılması;
  • Daxili və xarici kommunikasiyalar üçün iqtisadi yeniliklərin hazırlanması;
  • Müştəri menecerləri ilə birgə müştərilərin görüşlərinin keçirilməsi;
  • Vəzifə öhdəliklərindən irəli gələn digər funksiyaların icra edilməsi.

Namizədlərə əsas tələblər

  • Maliyyə, iqtisadiyyat və ya biznesin təşkili və ümumi idarəetmə üzrə təhsil;
  • CFA / ACCA / CPA kvalifikasiyalarına üstünlük verilir;
  • Maliyyə / İdarəetmə sahəsində MBA / Mcs dərəcəsi üstünlükdür;
  • Nəzarət sahəsi üzrə ən azı 3 il iş təcrübəsi;
  • Azərbaycan, rus və ingilis dillərində sərbəst iş aparmaq qabiliyyəti, o cümlədən peşəkar iş ünsiyyəti, sənədləşmə və yazışmaların aparılması;
  • MS Office və layihə idarəçiliyi proqramlarından peşəkar səviyyədə istifadə bacarığı;
  • Təşkilatçılıq qabiliyyəti;
  • Maliyyə bazarları haqqında biliklərin olması;
  • Məsuliyyətlik, operativlik və qərarvermə qabiliyyəti.

Maraqlanan şəxslər elektron məktub başlığında “Portfel idarəçisi şöbəsinin rəhbəri” qeyd etməklə öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

 

DevOps

DevOps | 2023-12-26 - 2024-01-31

“PAŞA Kapital” yerli və beynəlxalq maliyyə bazarlarına geniş çıxış imkanları yaratmaqla tərəfdaşlarına ən yaxşı müştəri təcrübəsi təqdim edən ölkənin lider investisiya şirkətidir.

 

Vəzifə öhdəlikləri

  • Müştərilərin tələb etdiyi inteqrasiyaları həyata keçirmək;
  • Yeniləmələri və düzəlişləri yerləşdirmək;
  • 2-ci səviyyə texniki dəstəyi təmin etmək;
  • Səhvlərin baş verməsini azaltmaq və müştəri təcrübəsini yaxşılaşdırmaq üçün alətlər yaratmaq;
  • Daxili sistemləri integrasiya etmək üçün proqram təminatının hazırlanması;
  • Production sistemlərin  xətalarının kök səbəblərinin təhlilini aparılması və aradan qaldırılması;
  • Texniki məsələləri araşdırmaq və həll etmək;
  • Vizuallaşdırmanı avtomatlaşdırmaq üçün skriptlərin hazırlanması;
  • Sistemdə nasazlıqların aradan qaldırılması və texniki xidmət üçün dizayn prosedurları və qaydalarının yaradılması.

Namizədlərə əsas tələblər

  • DevOps Mühəndisi və ya oxşar bir proqram mühəndisliyi rolunda iş təcrübəsi;
  • Python dilində bacarıqlar;
  • Mysql, postgresql kimi verilənlər bazalarına və SQL dilində iş təcrübə;
  • Problem həll etməyə yönlənmiş məntiq;
  • İBM ESB ve ya İBM integration Pack haqda yaxşı bilik və bacarıqlar;
  • Enterprice səviyyədə proqramların hazırlanması / mühəndisliyi sahəsində təcrübə;
  • Git sistemi ilə iş təcrübəsi;
  • Linux sistemləri ilə dərin iş təcrübəsi;
  • Kompüter elmləri və ya mühəndisliyi üzrə bakalavr və ya magistr dərəcəsi.

Maraqlanan şəxslər elektron məktub başlığında “DevOps” qeyd etməklə öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

 

Biznes proseslərinin idarə olunması üzrə mütəxəssis

Biznes proseslərinin idarə olunması üzrə mütəxəssis | 2023-12-26 - 2024-01-31

“PAŞA Kapital” yerli və beynəlxalq maliyyə bazarlarına geniş çıxış imkanları yaratmaqla tərəfdaşlarına ən yaxşı müştəri təcrübəsi təqdim edən ölkənin lider investisiya şirkətidir.

 

Vəzifə öhdəlikləri

  • İnvestisiya şirkətinin normativ sənədlər taksonomiyasını idarə etmək və Biznes Proseslərinin İdarə olunması (BPM) üzrə sənədlərin (siyasətlər, qaydalar, metodologiyalar, biznes proseslər, proseduralar, əməliyyat göstərişləri və s. ) qanunvericiliyə uyğunluğunu tənzimləmək;
  • Biznes proseslərə edilən dəyişikliklərin, eləcə də funksiyalar arası təkliflərin vaxtında sənədləşdirilməsi, dəyişikliklərin aydın göstərilməsi və bütün tərəfdaşlarla razılaşdırılmasının təmini;
  • Struktur səmərəliliyi və effektivliyinin təkmilləşdirilməsi məqsədi ilə vəzifə və öhdəliklərdə dəyişiklik tələb olunduğu təqdirdə Biznes vahidlərinə lazımi dəstək göstərmək;
  • Bütün struktur vahidləri ilə birlikdə Biznes Proseslər toplusunun (BPU) birgə hazırlanması;
  • Struktur vahidləri ilə birlikdə prosesin optimallaşdırılması üzrə təkliflərin və prosesin arzu olunan halının hazırlanması və sistemdə qeydiyyatı;
  • Proseslərin hazırlanması, təkmilləşdirilməsi və avtomatlaşdırılması üzrə layihələrində iştirak;
  • Prosesin təhlil üçün tələb olunan məlumatların sistemə tam və düzgün qeydiyyatı;
  • İnvestisiya şirkətinin proses portfelinin idarə olunması;
  • Görülən işlərin qeydiyyatın aparılması və təqdimatların hazırlanması.

Namizədlərə əsas tələblər

  • Təhsil: İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Xarici dil: İngilis dili (səlis), rus (səlis);
  • Kompüter bilikləri: Microsoft Office (Excel) MS Visio;
  • Məhsul biliyi: tələb olunur;
  • Bazar biliyi: tələb olunur;
  • Başqa tələblər: Güclü ünsiyyət bacarığı, mübahisəni həll etmək, novator düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı.

Maraqlanan şəxslər elektron məktub başlığında “Biznes proseslərinin idarə olunması üzrə mütəxəssis” qeyd etməklə öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

 

Qiymətli kağızlarla ticarət bölməsinin mütəxəssisi (Treyder)

Qiymətli kağızlarla ticarət bölməsinin mütəxəssisi (Treyder) | 2023-06-20 - 2024-01-31

“PAŞA Kapital” yerli və beynəlxalq maliyyə bazarlarına geniş çıxış imkanları yaratmaqla tərəfdaşlarına ən yaxşı müştəri təcrübəsi təqdim edən ölkənin lider investisiya şirkətidir.

 

Vəzifə öhdəlikləri

  • Bakı Fond Birjasında əməliyyatlar aparmaq və ticarət sonrası hesablaşmalara nəzarət etmək (müştərilərin adından qiymətli kağızların alışı və satışı, Vasitəçilik);
  • Pul bazarı əməliyyatlarını icra etmək və danışıqlar aparmaq;
  • Repo/Əks repo əməliyyatları icra etmək;
  • Sabit gəlirli qiymətli kağızlarla əməliyyatları həyata keçirmək və dövlət qiymətli kağızları üzrə hərraclarda iştirak etmək;
  • Bütün müştəri sorğuları ilə (daxili və ya xarici maliyyə bazarı) məşğul olmaq, müştərilər və şirkət üçün ən əlverişli əməliyyatların həyata keçirilməsi üçün yerli və qlobal sabit gəlirli qiymətli kağızlar, pul, səhm və əmtəə bazarlarının araşdırılması, təhlili və təkliflərin verilməsi;
  • Müştəri məlumatlarını təhlil etmək və yeni müştərilərin cəlb edilməsi üçün görüşlər təşkil etmək;
  • Bakı Fond Birjası tərəfindən elan olunmuş bazar məlumatları, baş tutacaq hərraclar barəsində müştəriləri mütəmadi məlumatlandırmaq;
  • Şirkətin investisiya portfelinin mütəmadi təhlilinin aparılması və portfelinin idarə olunması üçün əməliyyatların həyata keçirilməsi (Dilinq);
  • Vəzifə öhdəliklərindən irəli gələn digər funksiyaların icra edilməsi.

Namizədlərə əsas tələblər:

  • Maliyyə, iqtisadiyyat üzrə ali təhsil;
  • Sahə üzrə ən azı 2 il iş təcrübəsi (investisiya xidmətləri sektoru üzrə əldə olunmuş sahə təcrübəsi üstünlük hesab olunur);
  • Qiymətli kağızlar bazarı və İnvestisiya şirkəti fəaliyyətinə dair biliklər;
  • Lisenziya/ Sertifikat: Nəzarət orqanı tərəfindən verilən İxtisas Şəhadətnaməsi, Bakı Fond Birjasından təqdim olunan Səlahiyyətli Treyder Şəhadətnaməsi, CFA (arzuolunandır);
  • Azərbaycan, Rus və İngilis dillərində sərbəst iş aparmaq qabiliyyəti: o cümlədən peşəkar iş ünsiyyəti, sənədləşmə və yazışmaların aparılması;
  • MS Office və Bloomberq (arz

Maraqlanan şəxslər elektron məktub başlığında “Qiymətli kağızlarla ticarət bölməsinin mütəxəssisi (Treyder)” qeyd etməklə öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

Qəbul və qeydiyyat üzrə nümayəndə (Resepşn)

Qəbul və qeydiyyat üzrə nümayəndə (Resepşn) | 2024-01-11 - 2024-02-29

“PAŞA Kapital” yerli və beynəlxalq maliyyə bazarlarına geniş çıxış imkanları yaratmaqla tərəfdaşlarına ən yaxşı müştəri təcrübəsi təqdim edən ölkənin lider investisiya şirkətidir.

 

Vəzifə öhdəlikləri:

  • Daxil olan zəngləri cavablandırmaq;
  • E-mail və yazışmaları həyata keçirmək;
  • Müştəri və qonaqları qarşılamaq;
  • Məktubların, daxili yazılan sənədlərin qeydiyyatı, çeşidlənməsi;
  • Şirkətə daxil olan və şirkətdən göndərilən sənədlərin qeydiyyatı;
  • İclasların təyin olunması;
  • İşçilərin əlverişli iş mühitinin təmin edilməsi;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

 

Namizədlərə əsas tələblər:

  • Təhsil: Bakalavr təhsili;
  • İş təcrübəsi: Ofis administrasiyası, müştərilərlə əlaqə sahəsi üzrə iş təcrübəsi arzu olunandır;
  • Kompüter bilikləri: Microsoft Office, Word, Excel;
  • Ünsiyyət qurma bacarıqları;
  • Azərbaycan və ingilis dillərini işgüzar səviyyədə bilməli, rus dili (arzu olunandır).

 

Maraqlanan şəxslər elektron məktub başlığında “Resepşn” qeyd etməklə öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

Hüquq üzrə baş mütəxəssis

Hüquq üzrə baş mütəxəssis | 2023-11-04 - 2024-01-31

“PAŞA Kapital” yerli və beynəlxalq maliyyə bazarlarına geniş çıxış imkanları yaratmaqla tərəfdaşlarına ən yaxşı müştəri təcrübəsi təqdim edən ölkənin lider investisiya şirkətidir.

 

Vəzifə öhdəlikləri:

  • Şirkətin müştəriləri, tərəfdaşları və təchizatçıları ilə bağlanılan müqavilələrdə hüquqi risklərin müəyyən edilməsi məqsədi ilə onların təhlil edilməsi və zərurət yarandıqda yeni müqavilələrin hazırlanması;
  • Şirkətin fəaliyyətinin hüquqi aspektləri ilə bağlı yaranan sorğu və sualların cavablandırılması;
  • Yeni investisiya məhsullarının və xidmətlərin qüvvədə olan qanunvericiliyə uyğun olmasına dair araşdırmaların aparılması;
  • Şirkəti üçüncü şəxslər qarşısında hüquqi aspektlər ilə bağlı təmsil etmək;
  • İdarə Heyətinin iclası və Komitələrin iş prosesinin təşkilini təmin etmək;
  • İdarə Heyətinin iclası və Komitələrin fəaliyyəti ilə bağlı planlama prosesində fəal iştirak etmək;
  • İdarə Heyətinin iclası və Komitələrin fəaliyyəti ilə bağlı məlumatlandırma prosesini təşkil etmək;
  • İdarə Heyətinin iclası və Komitələrin fəaliyyəti ilə bağlı əməkdaşları müvafiq materiallar ilə təmin etmək;
  • İdarə Heyətinin iclası və Komitələrin fəaliyyəti ilə bağlı protokolların idarəedilməsi prosesini təşkil etmək;
  • Komitələrin fəaliyyəti ilə bağlı Komitə Katiblərinə tapşırıqlar vermək və onların icrasına nəzarət etmək;
  • Birbaşa rəhbəri tərəfindən müəyyən edilmiş qaydada hesabatları hazırlamaq;
  • Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək.

Namizədlərə əsas tələblər:

  • Təhsil: Hüquq sahəsi üzrə bakalavr / magistr təhsili;
  • İş təcrübəsi: Maliyyə sektorunda ən azı 3 illik iş təcrübəsi;
  • Kompüter bilikləri: Microsoft Office, Word, Excel;
  • Ünsiyyət qurma bacarıqları;
  • İngilis dili (səlis), Azərbaycan dili (səlis), rus dili (arzu olunandır).

Maraqlanan şəxslər elektron məktub başlığında Hüquq üzrə baş mütəxəssis qeyd etməklə öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

Korporativ müştərilər üzrə rəhbər

Korporativ müştərilər üzrə rəhbər | 2023-11-29 - 2024-01-31

“PAŞA Kapital” yerli və beynəlxalq maliyyə bazarlarına geniş çıxış imkanları yaratmaqla tərəfdaşlarına ən yaxşı müştəri təcrübəsi təqdim edən ölkənin lider investisiya şirkətidir.

 

Vəzifə öhdəlikləri:

  • Müştəri meneceri komandasının rəhbərliyini aparmaq, buna daxil olmaqla, komanda üzvlərinin seçimi, adaptasiyası, təlim və inkişafı;
  • Satış prosedurlarının, proseslərinin hazırlanması və tətbiqi, motivasiya sistemlərinin inkişafı;
  • Məhsulların satışından, gəlirlilikdən və müştəri məmnunluğunun artırılması nəticəsində portfelin böyüməsini təmin etmək;
  • Müştəri əlaqələrinin genişləndirilməsi və mövcud portfelin optimal şəkildə saxlanması, yeni bizneslərin cəlb edilməsi;
  • Müştəri ilə əməkdaşlıq səviyyəsinin və şirkət payının artırılması;
  • Portfeldə olan mövcud müştərilərlə yüksək səviyyədə münasibətlərinin qurulması;
  • Şirkətin prestij brendini və nüfuzunu artırmaq üçün müxtəlif tədbirlərdə iştirak etmək;
  • Müştəri sorğularının vaxtlı-vaxtında, düzgün və keyfiyyətli icrası üçün lazım olunan tədbirlər görmək;
  • Şirkətin və müştərilərin məlumatlarının məxfiliyinin qorunmasını təmin etmək;
  • Müştəri kredit və ya digər şirkət məhsulu üzrə müraciət etdiyi halda onun biznesinin ilkin maliyyə təhlilini aparıb, qaydalara və qanunvericiliyə uyğun olaraq təkliflərin hazırlanması;
  • İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqları icra etmək.

Namizədlərə əsas tələblər:

  • Maliyyə, iqtisadiyyat üzrə ali təhsil;
  • Sahə üzrə ən azı 2-3 il iş təcrübəsi (investisiya xidmətləri sektoru üzrə əldə olunmuş sahə təcrübəsi üstünlük hesab olunur);
  • İnvestisiya şirkəti fəaliyyətinə dair biliklər;
  • Lisenziya / Sertifikat: CFA (1 və ya 2 dərəcə);
  • Azərbaycan, rus və ingilis dillərində sərbəst iş aparmaq qabiliyyəti: o cümlədən peşəkar iş ünsiyyəti, sənədləşmə və yazışmaların aparılması;
  • MS Office istifadə bacarığı;
  • Bazar üzrə biliklər: Maliyyə və Kapital bazarları;
  • Diplomatik ünsiyyətə sahib olmaq;
  • Zamanın səmərəli və effektiv idarəedilməsi;
  • Güclü təşkilatçılıq və eyni zamanda bir neçə tapşırığın icra edilməsi.

Maraqlanan şəxslər elektron məktub başlığında “Korporativ müştərilər üzrə rəhbər” qeyd etməklə öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

Strategiya üzrə ekspert

Strategiya üzrə ekspert | 2023-05-22 - 2024-01-31

PAŞA Kapital İnvestisiya Şirkəti QSC potensial namizədləri Strategiya üzrə ekspert vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

PAŞA Kapital İnvestisiya Şirkəti 2012-ci ilin iyun ayında yaradılmış və 2021-ci ilin ilk doqquz ayında Bakı Fond Birjasında əməliyyat dövriyyəsini təqribən 10.2 milyard manata çatdırmaqla bu göstəriciyə görə ölkənin ən iri investisiya şirkətinə çevrilmişdir. Şirkət, müştərilərə vasitəçilik, anderraytinq, marja ticarəti və digər investisiya xidmətləri təklif edir. Qeyd edək ki, şirkət “CBONDS” beynəlxalq maliyyə agentliyi tərəfindən “İlin ən uğurlu ilkin bazar yerləşdirməsi” mükafatına layiq görülmüşdür.

Şirkət, 2013-cü ildə “EMEA Finance” jurnalının yekunlarına əsasən “Europe Banking Awards 2013” çərçivəsində “Azərbaycanda ən yaxşı broker” nominasiyası üzrə mükafata layiq görülüb. Əlavə olaraq, şirkət “Cbonds Awards CIS 2019” tərəfindən “İlin Ən Yaxşı İnvestisiya Şirkəti” və 2021-ci ildə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Azərbaycanın ən yaxşı ilkin istiqraz yerləşdirilməsi” nominasiyası üzrə təltif olunub.

Azərbaycanın investisiya bazarında öz lider mövqeyini qoruyan PAŞA Kapital şirkəti 2021-ci il fəaliyyətinə əsasən “International Finance” maliyyə dərgisi tərəfindən “Azərbaycanın Ən Yaxşı Broker Şirkəti” və “Azərbaycanın Ən Sürətli İnkişaf Edən Broker Şirkəti” mükafatlarına layiq görülüb.

Şirkət, Bakı Fond Birjasının və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının aparıcı üzvlərindən biridir. 
2019-cu ildə 8,07 milyard manat, 2020-ci ildə 10,9 milyard manat, 2021-ci ildə 13,4 milyard manat dəyərində əməliyyat dövriyyələrinə əsasən qeyd olunan illər üzrə Bakı Fond Birjasının ən böyük üzvü olmuşdur.

 

 

Vəzifə öhdəlikləri:

  • PAŞA Kapital şirkətinin növbəti strateji dövr üçün təsdiq edilmiş strategiya planının həyata keçirilməsinə ümumi nəzarətin və şirkətin struktur bölmələri ilə koordinasiyanın təşkil olunması;
  • Şirkətin qarşısına qoyulan strateji hədəflərə çatılmasının monitorinqi işinin təşkil olunması, müvafiq hədəflər üzrə təhlillərin aparılması, bazar konyukturasının araşdırılması və hədəf dəyişkənliklərinin əsaslandırılması;
  • Strateji hədəf göstəricilərinin iyerarxik qaydada struktur vahidləri üzrə bölgüsünün aparılması və əsas fəaliyyət göstəriciləri üzrə bölünməsi;
  • Şirkətin müxtəlif struktur vahidləri üzrə performansın idarəedilməsi ilə əlaqədar davamlı təhlillərin aparılması, hədəflərə çatılmanın ölçülməsi və fəaliyyət qiymətləndirilməsində iştirak edilməsi;
  • Müəyyən edilmiş müxtəlif maliyyə göstəriciləri üzrə mütəmadi olaraq Şirkətin fəaliyyətinin təhlil edilməsi və bu barədə rəhbərliyin məlumatlandırılması;
  • Vəzifə öhdəliklərindən irəli gələn digər funksiyaların icra edilməsi.

Namizədlərə əsas tələblər:

  • Biznes işinin təşkili və ümumi idarəçilik istiqamətində ali təhsil; MBA dərəcəsinin olması üstünlük hesab olunur;
  • Sahə üzrə (Strategiya) ən azı 3 illik iş təcrübəsi; təcrübə müddətinin 2 ili strategiya layihələrinin idarə olunması sahəsində olmaqla: maliyyə, bankçılıq və investisiya xidmətləri sektoru üzrə əldə olunmuş sahə təcrübəsi üstünlük hesab olunur;
  • Azərbaycan, Rus və İngilis dillərində sərbəst iş aparmaq qabiliyyəti: o cümlədən peşəkar iş ünsiyyəti, sənədləşmə və yazışmaların aparılması;
  • MS Office və layihə idarəçiliyi proqramlarından peşəkar səviyyədə istifadə bacarığı;
  • Təşkilatçılıq və rəhbərlik qabiliyyəti;
  • Maliyyə bazarları haqqında biliklərin olması;
  • Məsuliyyətlik, operativlik və qərarvermə qabiliyyəti.

Maraqlanan şəxslər elektron məktub başlığında “Strategiya üzrə ekspert” qeyd etməklə öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

Risklərinin idarə edilməsi bölməsinin baş mütəxəssisi

Risklərinin idarə edilməsi bölməsinin baş mütəxəssisi | 2023-05-05 - 2024-01-31

PAŞA Kapital İnvestisiya Şirkəti QSC potensial namizədləri Risklərinin idarə edilməsi bölməsinin Baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

PAŞA Kapital İnvestisiya Şirkəti 2012-ci ilin iyun ayında yaradılmış və 2021-ci ilin ilk doqquz ayında Bakı Fond Birjasında əməliyyat dövriyyəsini təqribən 10.2 milyard manata çatdırmaqla bu göstəriciyə görə ölkənin ən iri investisiya şirkətinə çevrilmişdir. Şirkət, müştərilərə vasitəçilik, anderraytinq, marja ticarəti və digər investisiya xidmətləri təklif edir. Qeyd edək ki, şirkət “CBONDS” beynəlxalq maliyyə agentliyi tərəfindən “İlin ən uğurlu ilkin bazar yerləşdirməsi” mükafatına layiq görülmüşdür.

Şirkət, 2013-cü ildə “EMEA Finance” jurnalının yekunlarına əsasən “Europe Banking Awards 2013” çərçivəsində “Azərbaycanda ən yaxşı broker” nominasiyası üzrə mükafata layiq görülüb. Əlavə olaraq, şirkət “Cbonds Awards CIS 2019” tərəfindən “İlin Ən Yaxşı İnvestisiya Şirkəti” və 2021-ci ildə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Azərbaycanın ən yaxşı ilkin istiqraz yerləşdirilməsi” nominasiyası üzrə təltif olunub.

Azərbaycanın investisiya bazarında öz lider mövqeyini qoruyan PAŞA Kapital şirkəti 2021-ci il fəaliyyətinə əsasən “International Finance” maliyyə dərgisi tərəfindən “Azərbaycanın Ən Yaxşı Broker Şirkəti” və “Azərbaycanın Ən Sürətli İnkişaf Edən Broker Şirkəti” mükafatlarına layiq görülüb.

Şirkət, Bakı Fond Birjasının və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının aparıcı üzvlərindən biridir. 
2019-cu ildə 8,07 milyard manat, 2020-ci ildə 10,9 milyard manat, 2021-ci ildə 13,4 milyard manat dəyərində əməliyyat dövriyyələrinə əsasən qeyd olunan illər üzrə Bakı Fond Birjasının ən böyük üzvü olmuşdur.

 

 

Vəzifə öhdəlikləri:

  • Starteji hədəflərə gedən yolda yarana biləcək risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə edilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üçün təkliflərin verilməsi,  eləcə də qərarların qəbul edilməsində iştirak;
  • Əməliyyat, bazar və kredit risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflərin verilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak;
  • Əməliyyat, bazar və kredit risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
  • Yaradılan yeni məhsul və xidmətlər üzrə potensial risklərin müəyyən edilməsi və təkliflərin verilməsi;
  • Şirkətin struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi;
  • Şirkətin riskləri üzrə risk xəritəsini yaradılması və davamlı nəzarət prosesinin həyata keçirilməsi;
  • Şirkətdə risk mədəniyyətinin yüksəldilməsi məqsədilə struktur bölmələrdə maarifləndirmə işlərinin həyata keçirilməsi.

Namizədlərə əsas tələblər:

  • Vətəndaş qüsursuzluğuna malik olma;
  • Təhsil: Ali iqtisadi və ya Maliyyə təhsili;
  • Təcrübə: Zəruri minimum iş təcrübəsi 2 il, risklərin idarə edilməsi funksiyası üzrə 1il;
  • Kompüter biliyi: Microsoft Office (Word, Excel, Power Point, Outlook), Statistik proqramlar;
  • Azərbaycan, Rus və İngilis dillərində sərbəst iş aparmaq qabiliyyəti: o cümlədən peşəkar iş ünsiyyəti, sənədləşmə və yazışmaların aparılması;
  • Digər tələblər: Texniki – analitik biliklər;
  • Qanunvericilik, sənədləşmə biliyi:  Maliyyə qurumlarında prudensial tələblər və qaydalar;
  • CFA və ya FRM sertifikasiyası üzrə nəticələr əldə etmiş namizədlərə üstünlük veriləcəkdir.

Maraqlanan şəxslər elektron məktub başlığında “Risklərinin idarə edilməsi bölməsinin Baş mütəxəssisi ” qeyd etməklə öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

Marketinq üzrə menecer

Marketinq üzrə menecer | 2023-11-23 - 2024-01-31

“PAŞA Kapital” yerli və beynəlxalq maliyyə bazarlarına geniş çıxış imkanları yaratmaqla tərəfdaşlarına ən yaxşı müştəri təcrübəsi təqdim edən ölkənin lider investisiya şirkətidir.

Vəzifə öhdəlikləri:

  • Marketinq strategiyasının hazırlanması;
  • Büdcə planlaması;
  • Məhsul spesifikasiyasına uyğun həm daxili həm də xarici bazarın araşdırılması, analizi və interpretasiyası yolu ilə qısa və uzunmüddətli proqnozları və hesabatların hazırlanması;
  • Şirkətin bazarda mövqeyini müəyyənləşdirmək, bazardakı rəqiblər haqqında məlumatların toplanması, satış qiymətləri, marketinq komunikasiyaları metodlarının analizi;
  • Potensial bazarları və məhsula olan tələbata təsir edən amilləri müəyyən etmək üçün müştəri ehtiyaclarının analizi və hesabatın hazırlanması;
  • İndiki və gələcək bazar tendensiyasını təyin etmək və qiymətləndirmək;
  • Marketinq sahəsində fəaliyyət planlarının hazırlanması, marketinq sahəsində biznes proses və prosedurların hazırlanmasında iştirak;
  • Şirkətin PR və Reklam siyasətinin hazırlanması;
  • Kommunikasiya vasitələri üzrə məhsuldarlıq göstəricilərinin hazırlanması.

Namizədlərə əsas tələblər:

  • Marketinq, iqtisadiyyat sahələri üzrə ali təhsil;
  • Təcrübə: minimum 3 il (İnvestisiya sahəsi üzrə üstünlükdür);
  • Marketinq üzrə sertifikatlar;
  • Dil bilikləri: Azərbaycan Dili , Rus Dili və İngilis dili;
  • Texniki biliklər, Google AdWords, Facebook ads manager, e-mail marketinq alətlərindən istifadə bacarığı;
  • Rəqəmsal marketinq üzrə biliklər (SEO, SEM, SMM);
  • Yaxşı ünsiyyət bacarıqları, komanda ilə işləmək bacarığı;
  • Yaradıcı və təşəbbüskarlıq, operativlik, prioritetləri düzgün müəyyənləşdirmək qabiliyyəti;
  • Təqdimat bacarıqları, layihələrin idarə edilməsi bacarığı.

Maraqlanan şəxslər elektron məktub başlığında “Marketinq üzrə menecer” qeyd etməklə öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.